KANAL24.AZ
Az Iw En Ru

“Eurovision-2017” mahnı yarışmasının biletləri sabah satışa çıxarılacaq

Sabah Kiyevdə “Eurovision-2017” mahnı yarışmasının biletlərinin satışına start veriləcək.

Ukraynanın birinci milli telekanalının məlumatına görə, biletlərin qiyməti 8 avrodan 500 avroyadək olacaq. 70 minə yaxın bilet mahnı müsabiqəsinin 9 konsertinə - 6 məşq, iki yarımfinal və final konsertlərinə satılacaq.

Xatırladaq ki, müsabiqənin yarımfinallarının mayın 9-da və 11-də, final yarışmasının mayın 13-də Kiyevdə keçirilməsi planlaşdırılır.


07:20 14.02.2017