KANAL24.AZ
Az Iw En Ru

Rinkeviçs: Latviya ZUBR marşrutunu Azərbaycan və Çinə qədər uzatmaq istəyir

Latviya konteyner qatarlarının ZUBR marşrutunu Ukraynadan Azərbaycana, daha sonra isə Çinə qədər uzatmaqda maraqlıdır.

Trend-in məlumatına görə, bu barədə Bakıda səfərdə olan Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə brifinqdə deyib.

E.Rinkeviçs qeyd edib: "Fikrimcə bu məsələnin üzərində işləyəcəyik".

Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov isə bildirib ki, ZUBR siyasi baxımdan maraqlı layihədir:

"Siyasi nöqteyi-nəzərdən 3 dənizi - Baltik, Qara dəniz və Xəzəri birləşdirir. Bu isə özlüyündə 3 fərqli regionun birləşməsinə xidmət edir”.

Qeyd edək ki, ZUBR Latviya, Belarus, Ukrayna və Estoniyanın birgə layihəsidir.


04:46 14.02.2017
Xəbər lenti
Bütün xəbərlər