KANAL24.AZ
Az Iw En Ru

“Oskar” mərasimində çıxış edəcək musiqiçilərin adları açıqlanıb

Castin Timberleyk, Con Lecend, britaniyalı musiqiçi Stinq, eləcə də amerikalı aktyor və bəstəkar Lin-Manuel Miranda mükafata nominasiya edilmiş mahnılarla “Oskar” mərasimində çıxış edəcək.

Bunu Amerika Kino Akademiyası bildirib.

Musiqiçilərin ifasında “Ən yaxşı film mahnısı” kateqoriyasında “Oskar”a nominasiya edilmiş əsərlər səslənəcək.

Belə ki, Castin Timberleyk “Trolli” (“Trolls”) filmindən “Can’t Stop the Feeling!” sauntrekini ifa edəcək.

Stinq “Cim: Ceyms Foulinin hekayəsi” (“Jim: James Foley Story”) sənədli film üçün birgə yazdığı “The Empty Chair” mahnısı ilə səhnəyə çıxacaq.

“Oskar” mükafatının 89-cu təqdimat mərasimi fevralın 26-da Los-Ancelesdə “Dolby” teatrında keçiriləcək və ABC televiziya şirkətinin vasitəsilə 225 ölkədə yayımlanacaq.


21:43 11.02.2017
Xəbər lenti
Bütün xəbərlər