KANAL24.AZ
Az Iw En Ru

“Fəcr” surənin fəzilətləri

"Fəcr" surəsi Qurani-Kərimin 89-cu surəsidir, Məkkədə nazil olmuşdur və 30 ayəsi vardır.

İmam Sadiq (ə) buyurur: ""Fəcr" surəsini vacib və müstəhəb namazlarınızda oxuyun. Çünki bu surə - İmam Hüseynin (ə) surəsidir. Hər kim bu surəni oxuyar, Qiyamət günü İmam Hüseynin (ə) dərəcəsində və onunla birlikdə olar".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Fəcr" surəsini Zilhiccə ayının ilk on günündə oxuyarsa, günahları bağışlanar, əgər bu əyyamdan qeyrisində oxuyarsa, Qiyamətdə nurani olmaq mənbəyi olar". (Tebyan)
Bu surənin bərəkətləri:
1. Övlad sahibi olmaq. Hər kim bu surəni yazsa və özü ilə gəzdirsə, Allah gözünün nuru olan övladı ona əta edər. Hədislər buyurur ki, bu surəni nütfə qoyulmamışdan əvvəl 11 dəfə oxumaq, oğlan övladına sahib olmağa səbəb olar.
2. Allahın pənahında qərar tutmaq. İmam Sadiq (ə) buyurur: "Hər kim fəcr zamanı "Fəcr" surəsini oxuyarsa, sonrakı günün fəcrinə qədər Allahın amanında olar".


06:38 10.02.2017