KANAL24.AZ
Az Iw En Ru

Lapşinin vəkili danışdı

Fevralın 7-də Azərbaycana ekstradisiya olunan bloger Aleksandr Lapşin vəkillə görüşüb.

Bu barədə Trend-ə açıqlamasında A.Lapşinin vəkili Səfər Hüseynov məlumat verib.

S.Hüseynov bildirib ki, görüş zamanı o, Lapşinin səhhəti və saxlanma şəraiti ilə maraqlanıb. Vəkilin sözlərinə görə, A.Lapşin saxlanma şəraitinin və səhhətinin normal olduğunu bildirib, şikayət etməyib.

Vəkil bildirib ki, A.Lapşin xarici ölkədən vəkillə təmin oluna bilməz: "Qanunvericiliyə görə, onu ancaq Azərbaycan vəkilləri müdafiə edə bilərlər, xarici ölkə vətəndaşları olan vəkillərin onu Azərbaycanda müdafiə etmək hüququ yoxdur".

A.Lapşin fevralın 7-də gecə saatlarında Belarusdan Azərbaycana ekstradisiya edilib.


22:47 09.02.2017
Xəbər lenti
Bütün xəbərlər