KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda güclü zəlzələ gözlənilir?

"Bu ilin əvvəlindən Azərbaycanda və ona bitişik ərazilərdə 1050-dən çox təkan qeydə alınıb ki, onların da hamısı zəif olub".

Bunu AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdikləri mətbuat konfransında deyib.

Azərbaycanın seysmoloji ərazidə yerləşdiyini deyən Q.Yetirmişli bildirib ki, adətən, il ərzində Azərbaycan və onunla həmsərhəd ərazilərdə 9000-dən artıq zəlzələ olur. 2015-ci illə müqayisədə 2016-cı ildə baş verən zəlzələlər (avqustda baş verən zəlzələ olmaqla) zəif olub.

Hazırda Azərbaycanda ən müasir seysmoloji cihazların quraşdırıldığını deyən Q.Yetirmişli əlavə edib ki, ölkə ərazisində hələlik elə bir təhlükəli, güclü zəlzələlər də gözlənilmir.


19:49 09.02.2017