KANAL24.AZ
Az Iw En Ru

Niyə İslam Peyğəmbəri çoxlu qadınla evlənmişdi?

Əvvəla, bəzi İslam düşmənlərini iddia etdiyinə rəğmən, Peyğəmbərimiz qətiyyən qadın düşkünü və şəhvət əsiri olmamışdır. Çünki əgər bu xüsusiyyətlər onda olsaydı, gənclik illərində özünü büruzə verərdi. Halbuki, Muhəmməd Peyğəmbər (s) 25 yaşından 50 yaşına kimi yalnız bir qadınla yaşamış, ondan başqa qadınla evlənməmişdir.

Elə gənc yaşlarında özündən yaşca böyük olan Xədıcəni alması bunu göstərır ki, o həzrət, gələcək həyat yoldaşını zahiri gözəlllyə və cavanlığa görə deyil, iman və əxlaqa görə seçirdi. Peyğəmbər bəzi qadınları almaqla, onların ailəsi və qəbiləsi ilə olan münasibətləri daha da sıxlaşdırmışdır. Bəzi qadınlar isə öz himayədarını itirib dul qaldıqdan və ya cihadda müsəlmanlara əsir düşdükdən sonra Peyğəmbər onların izzət və iffətıni qorumaq, səfillikdən xilas etmək, uşaqlarına qayğı göstərmək məqsədilə onları evinə gətirib özünə məhrəm etmişdir.


15:45 09.02.2017