KANAL24.AZ
Az Iw En Ru

Magistraturada idman jurnalistikası tədris olunacaq

Azərbaycanda ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) sayı artırılıb.

Nazirlər Kabineti bununla bağlı “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat”ında dəyişiklik edib.

Dəyişikliyə əsasən Humanitar və sosial ixtisaslar qrupu üzrə jurnalistikada “idman jurnalistikası”, Səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə bədən tərbiyəsi və idmanda “idman tibbi və reabilitasiya” ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sırasına daxil edilib. Eyni zamanda bədən tərbiyəsi və idmanda “bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat və reabilitasiya” ixtisasının isə adı dəyişdirilib, “bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat” ixtisası adlandırılıb.


15:14 09.02.2017
Xəbər lenti
Bütün xəbərlər