KANAL24.AZ
Az Iw En Ru

Nisab nə deməkdir?

Nisab əsasən zəkat hökmlərinə aid olan bir termindir. İslam şəriətinə görə, insanın il ərzində əkib-becərdiyi bəzi məhsulların kütləsi, saxladığı heyvanların sayı və malik olduğu qızıl-gümüşün çəkisi müəyyən həddə çatdıqda, onların zəkatı verilməlidir.

Zəkatın vacib olduğu həddə nisab deyirlər. Yəni adlarını çəkdiyimiz əmlak (məhsul, heyvanat və qızıl-gümüş) nisab həddinə çatanda onun zəkatı ödənməlidir. Şəriətdə nisabın dəqiq ölçüləri göstərilib. Məsələn, qoyunların sayı 40-a çatanda biri zəkat verilməlidir. Nisab həddinə çatmayan mal üçün zəkat verilməz


04:32 08.02.2017
Xəbər lenti
Bütün xəbərlər