KANAL24.AZ
Az Iw En Ru

DİŞ ÇƏKDİRMİŞ ADAM NAMAZ QILA BİLƏRMİ?

Namazın vacibatlarından biri - dəstəmazın hansı hallarda pozulmasına dair mübahisələr həmişə olub.

Mübahisə yaradan hallardan biri də diş çəkilməsi ilə bağlıdır. Təbii ki, diş çəkilirsə, ağız boşluğunda qan toplanır. Belə vəziyyət dəstəmazı pozurmu və bu halda namaz qılmaq düzgündürmü?

İlahiyyatçı Hacı Atif İsmayılov sualını cavablandırarkən diş çəkdirməyin dəstəmazı batil etmədiyini dedi:

- Dəstəmazı batil edən hallar məlumdur, bu haqda şəriət kitablarında dəqiq qeyd olunub. Diş çəkdirmək isə dəstəmazı batil etmir, buna müvafiq olaraq namaz qılmaq da tamamilə düzgündür. Namaz batil olmur. Amma bu şərtlə ki, namaz əsnasında qan ağızdan bayıra çıxmasın. Namazın vaxtı keçmirsə, rahatlıq məqsədilə müəyyən qədər gözləmək də olar, dişdən axan qan dayansın, sonra namaz qılınsın.

 


00:12 07.02.2017