KANAL24.AZ
Az Iw En Ru

Bəşərin səma kitabına niyə ehtiyacı vardır?

O kəslər ki, Allahın qanunları yerinə bəşər qanunlarının ardınca gedərlər, o kəsə bənzəylərlər ki, yol göstərən əsil kitabı qoyub, başqa yollar axtarmaqla məşğuldurlar.

Allah Təala bizim Xaliqimizdir və O, hamıdan çox bizim ehtiyaclarımızdan və istəklərimizdən xəbərdardır. Ona görə də bu ehtiyaclarımızı aradan qaldırmaq üçün bizə yol göstərən kitab göndərmişdir ki, adı Qurandır.

Heç bir bəşər övladı onun qanunlarının əksinə olan qanunlar tərtib edə bilməz. Çünki ancaq Xaliq insanı hamıdan yaxşı tanıyır və ancaq O, öz məhsulunun bütün tərəflərindən agahdır. "Məgər yaradan bunu bilməzmi? Agah ol, (düşüncə sahibini və onun düşünmək qüdrətini) yaradan kəs (onun düşündüklərini də) bilir. O, (hər şeyi) incəliyinə qədər görür və(hər şeydən) xəbərdardır". ("Mulk" 14).

Quran başqa yerdə buyurur: "Və bu (Qur'an Musanın kitabını) ərəbcə təsdiqləyən bir kitabdır ki, zülm edənləri qorxutsun və yaxşı əməl sahibləri üçün bir müjdə olsun". ("Əhqaf" 12).
Quran hər bir müsəlman üçün imam, yolgöstərən və nəsihət verəndir. (Erfan)
Quran elə bir İlahi qanun kitabıdır ki, xüsusi zaman və məkana aid edilmir, bəşər var olduqca öz etibarını itirmir, əksinə - dəyərini daha da artırır. Çünki zaman keçdikcə insanların ağlı və dərki də artır və onlar Quran ayələrini keçmiş zamanlara nisbətdə daha yaxşı başa düşür və ondan istifadə edə bilirlər. Ona görə də deyə bilərik ki, Quran cavidan bir kitabdır.
Quran bəşər üçün nicat kəndiridir və hər kim bu kəndirdən yapışsa, varlıq aləminin həqiqətini dərk edər və Allaha yaxınlaşar. "Ey iman gətirənlər, Allahdan Ona layiq olan tərzdə qorxun və yalnız müsəlman olaraq ölün. Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın". ("Ali-İmran" 102-103).
Bundan başqa, Müqəddəs Kitab - aydın yol, Sirat-müstəqim və tərəzidir. "Və həmçinin Allahın (yaradılış) izni (və nəsib etdiyi uğurları) ilə Ona tərəf dəvət edən və aydın və nur saçan bir çıraq (olaraq göndərdik)". ("Əhzab" 46).
Quran nazil etməyin hikmətlərindən biri budur ki, insanların arasında hökm çıxardan olsun. "(Şəriət sahibi olan peyğəmbərlərin göndərilmələrindən qabaq) bütün insanlar tək bir dəstə idilər (səmavi şəriətsiz öz ağıllarının tələbi əsasında yaşayırdılar. Amma yavaş-yavaş özlərinin dünya işlərində ixtilafa düçar oldular). Beləliklə Allah peyğəmbərləri (səmavi din və şəriətlə) müjdə verən və qorxudan olaraq göndərdi və onlarla birlikdə insanların arasında onların bir-birləri ilə ixtilafa düçar olduqları şey barəsində hökm çıxarmaq üçün haqq olaraq (və uca, ali və əqlani bir hədəf üçün səmavi) kitab nazil etdi". ("Bəqərə" 213).
Bu ayədən də göründüyü kimi, insanların əvvəllər həyatları bəsit və sadə idi. Ancaq insanların sayı artdıqca, aralarında olan münaqişə və ixtilaflar da artmağa başladı. Ona görə də bu səma kitabı nazil oldu və insanların arasında olan münaqişələri ədalətli yolla həll etmək üçün Peyğəmbərə (s) yardım etdi.
Bu İlahi kitabın qədrini bilək və onun yerinə yersiz və dəyərsiz yollar axtarmayaq.


06:57 05.02.2017
Xəbər lenti
Bütün xəbərlər