KANAL24.AZ
Az Iw En Ru

"Ərim abort etdirməyə məcbur edibsə, mənə günah yazılır?"

Bu məsələdə çalışın onunla razılaşmayasınız, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095). Uca Allah buyurur: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125).

Əgər əriniz sizi zorla abort etdirməyə məcbur edibsə, onda sizə yox, ona günah yazılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah ümmətim üçün səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).


05:03 05.02.2017