KANAL24.AZ
Az Iw En Ru

Alsgeymer xəstəliyinin səbəblərindən biri...

Yanacağın istifadəsi zamanı atmosferə daxil olan mikroskopik hissəciklər demensiyanın (ağılın zəifləməsi) yaranma səbəblərindən biridir. Bu qənaətə ABŞ-ın Cənubi Kaliforniya Universitetinin alimləri aparılan tədqiqatların nəticəsində gəliblər.

Professor Caleb Finçin başçılığı altında tədqiqatçılar qrupu ABŞ-ın 48 ştatından olan 65-79 yaş arası üç mindən artıq qadınlar arasında araşdırma aparıblar. Tədqiqatın əvvəlində iştirakçıların heç birində Alsgeymer xəstəliyi müşahidə edilməyib. Bu qadınlar hər il beyin pozuntularını müəyyən edə bilən tibbi baxışdan keçiblər. Tədqiqatçılar hazırladıqları xüsusi üsulla iştirakçıların yaşadıqları yerlərdən fərqli olaraq gündəlik havadakı zəhərli maddələrlə təmas zamanı onlara dəyən ziyanı hesablayıblar.

Nəticədə məlum olub ki, maksimal kirli hava şəraitində yaşayan insanlarda digərlərinə nisbətən əqli qabiliyyətin pozulması riski 81, Alsgeymer xəstəliyinin yaranması isə 92 faiz təşkil edir.

Qeyd edək ki, alınan nəticələr qadınların həyat tərzi, maddi imkanları, ümumi vəziyyəti nəzərə alınaraq hesablanıb.


05:56 04.02.2017
Xəbər lenti
Bütün xəbərlər