KANAL24.AZ
Az Iw En Ru

Xərçəngdən qoruyan ədviyyat: yeməklərinizə qatmağı unutmayın

Yeməklərdə ədviyyat kimi istifadə edilən zərdəçal (sarıkök) başda xərçəng olmaqla bir çox xəstəliyin müalicəsində istifadə edilir. Xərçəng xəstələrinin müalicəsində kimyaterapiya ilə birlikdə, tamamlayıcı müalicə üsulu olaraq damar yoluyla verilən zərdəçal kimyaterapiyanın təsirlərini artırır. Bu faktı elmi araşdırmalar da sübut edib. Zərdəçal kimyaterapiyanın fəaliyyətini artırır, eyni zamanda yan təsirlərini də azaldır. Aile.lent.az türkiyəli onkoloq Mutlu Demirayın zərdəçalın kimyaterapiyaya təsirləri haqqında firkirlərini təqdim edir.

Zərdəçalın faktor maddəsi olan curcuminin problemi ağızdan alındıqda çox az miqdarda qana keçməsidir. Bu səbəbdən də xüsusi curcuminlər inkişaf etdirildi. Bunlar standart curcuminlərə nisbətlə təxminən 30-50 qat daha çox qana keçə bilirlər. Həmin məhsulların istifadəsi müalicənin müvəffəqiyyətini artırır.

Dünyada 4 min ildir istifadə edilir

Aparılan araşdırmalar zərdəçalın faktor maddəsi olan curcuminin bir çox xəstəliyin şəfa qaynağı olduğunu sübut edib. Yeməklərə qatılan bu ədviyyat bəzi xəstəliklərin müalicəsində damar yoluyla bədənə yeridilir. Türkiyədə, xüsusilə xərçəng xəstələrinin müalicəsində kimyaterapiya ilə birlikdə tamamlayıcı müalicə üsulu kimi istifadə olunur.

Zərdəçal xərçəngin yaranmasına mane olur və yayılmasının, böyüməsinin qarşısını alır. Ən əhəmiyyətlis də xərçəng mülaicəsində kimyaterapiya dərmanlarının təsirlərini qat-qat artırır. Zərdəçalın, yəni curcuminin istifadəsiylə xərçəng arasında birbaşa əlaqə aşkarlandıqdan sonra elm dünyasının diqqətini çəkib.

Necə istifadə edək?

Zərdəçalı yemək və salatlarınıza qata bilərsiniz. Xüsusilə yemək hazırlayarkən bişməsinə az qalmış zərdəçalı qara bibərlə birlikdə yeməyə qatsanız, qana keçməsini təmin edərsiniz. Hindlilər də belə istifadə edir. Təbii ki, ən gözəl üsul damardan tətbiq etməkdir.

Xəbərdarlıq: Öd kisəsində daş olanlar bu ədviyyatı istifadə edərkən diqqətli olmalıdırlar 

Hansı xəstəliklərə faydası var 

  • Alzheimer
  • Sədəf
  • Oynaq ağrıları
  • Göz iltihabları

18:07 03.02.2017
Xəbər lenti
Bütün xəbərlər