KANAL24.AZ
Az Iw En Ru

Əmioğlu və əmiqızı görüşəndə ehtiras hiss etmədən qucaqlaşıb öpüşə bilərlərmi?

Şəriətimiz naməhrəmlərin ünsiyyəti ilə bağlı məsələlərdə tam prinsipial mövqe nümayiş etdirir. Naməhrəm şəxslərin arasında məhrəmanə münasibət hər bir halda haramdır - istər ehtirasa səbəb olsun, istərsə də olmasın. Əmioğlu və əmiqızı bir-birinə naməhrəmdirlər. Naməhrəmliyin meyarı bununla izah edilir ki, əgər bir kişi nəzəri olaraq bir qadınla ailə qura bilərsə, onlar naməhrəm sayılırlar.

Əmioğlu ilə əmiqızı arasında nikah şəriət baxımından icazəlidir. Ona görə də onların kəbinsiz məhrəm ünsiyyətdə olmaları qəbuledilməzdir. Bəzən insanlar öz əmisi oğlu və ya əmisi qızı ilə uşaqlıq vaxtından birlikdə böyüdüklərini, bir-birinə bacı-qardaş gözü ilə baxdıqlarını əsas gətirirlər. Halbuki, bu, yolverilməzdir və şəriət tərəfindən qəbul edilmir.


06:53 03.02.2017