KANAL24.AZ
Az Iw En Ru

“Hansısa səviyyəsiz adam...” - Parlamentdə AZAL müzakirəsi

“Aviasiya haqqında” qanuna dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, 4.0.2-ci maddədə “aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunmasına dair dövlət proqramı” sözlərindən sonra “və uçuşların təhlükəsizliyi üzrə dövlət proqramının” sözləri əlavə edilib. Bundan əlavə, 6.7-ci maddədə qəza halları istisna olmaqla, hava gəmisinin bortunda olan şəxslərin həyat və sağlamlığı üçün tibbi səbəblərdən təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycan Respublikasının hava məkanına daxil olan istənilən hava gəmisinin təcili enməsinə, həmin hava gəmisinin gömrük nəzarətindən və bu Qanunda nəzərdə tutulmuş digər nəzarətdən keçməsinin təmin edilməsinə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hava limanında yol verilir.

Qanun layihəsinin müzakirəsində çıxış edən deputat Qüdrət Həsənquliyev qeyd edib ki, 1 həftə bundan əvvəl yaxın dostu Bakıdan AZAL-la Türkiyəyə uçub:

“Aeroportdan geri qayıtmaq istəyib. Bileti qaytarmaq istəsə də, AZAL-ın ordakı nümayəndəliyi bileti qaytarmayıb. Deyiblər ki, Türk Hava Yoları ilə qayıda bilərsiniz. Qiymət də 325 dollardır. Amma AZAL-dan 225 manata bileti almışdı. Sonra AZAL-ın təyyarəsinə baxıb ki, boş yerlər çoxdur, amma bilet satılmır”.

Spiker Oqtay Əsədov deyib ki, bu cür söhbətlər birinci dəfə deyil: “Bu, AZAL-ın günahı deyil. Hansısa səviyyəsiz adam olub ki, öz biletlərini satmaq üçün bunu təklif edib”.


05:42 02.02.2017