KANAL24.AZ
Az Iw En Ru

Sevinc Fətəliyeva AŞPA-da alt komitə sədrinin müavini seçilib

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva AŞPA-da alt komitə sədrinin müavini seçilib.

S.Fətəliyeva Trend-ə bildirib ki, o, AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədr müavini seçilib.

Qeyd edək ki, yanvarın 26-dan 30-na qədər Strasburqda AŞPA-nın qış sessiyası keçirilir.


22:45 29.01.2015
Xəbər lenti
Bütün xəbərlər