KANAL24.AZ
Az Iw En Ru

Həftənin ilk iş günü hava necə olacaq?

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə yağış, sulu qar yağacağı gözlənilir. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-5° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz, əsasən, yağmursuz. Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.


20:00 29.01.2017