KANAL24.AZ
Az Iw En Ru

"Əmək pensiyası haqqında" qanun dəyişə bilər

Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan "Əmək pensiyası haqqında" qanuna əlavə və dəyişikliklər layihəsinin Milli Məclisin yaz sessiyasının fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub.

Bunu MM-in Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli deyib. 
 
Onun sözlərinə görə, layihə öncə yanvarın 31-də bununla bağlı İşçi qrupunun genişləndirilmiş tərkibdə iclasında, fevralın 3-də isə Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
 
Komitə sədri qanun layihəsinin prezidentin imzası ilə MM-ə daxil olduğunu, bununla yanaşı, müzakirələr zamanı deputatların da təkliflərinin nəzərə alınacağını deyib.


22:59 26.01.2017
Xəbər lenti
Bütün xəbərlər