KANAL24.AZ
Az Iw En Ru

C.Cabbarlının 115 illik yubileyi ilə əlaqədar şeir müsabiqəsi keçirilir

Kanal24.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan kitabxanaların oxucuları arasından istedadlı uşaqların aşkarlanması, uşaq və gənclərdə ədəbiyyata marağın artırılması məqsədilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının 115 illik yubileyi ilə əlaqədar şeir müsabiqəsi keçirilir.
İdarənin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, müsabiqəyə oktyabrın əvvəlindən start verilib.
İştirakçıların çıxışları 10 ballıq qiymət sistemi ilə dəyərləndirilir. Müsabiqənin final mərhələsi noyabr ayında olacaq və hər bir iştirakçı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin fəxri fərmanı və hədiyyə ilə təltif ediləcək.


07:25 13.10.2014
Xəbər lenti
Bütün xəbərlər