KANAL24.AZ
Az Iw En Ru

Təyyarə təcili eniş edib

Küveytdən İstanbula uçan "Turkish Airlines"a məxsus "Airbus 320" sərnişin təyyarəsi İranın Kermanşax şəhərinin Şəhid Əşrəfi İsfahani hava limanında təcili eniş edib.

"İRNA" agentliyinə istinadən verdiyimiz məlumata görə, təcili enişin səbəbi texniki nasazlıq olub.

Təyyarənin sərnişinləri hava limanının yaxınlığındakı mehmanxanaya yerləşdirilib.

Məlumata görə, sərnişinləri İstanbula götürmək üçün Türkiyədən təyyarə yola düşüb.


07:18 23.01.2017
Xəbər lenti
Bütün xəbərlər