KANAL24.AZ
Az Iw En Ru

Uşaq otaqları üçün vacib bitkilər

Uzürlü və üzürsüz səbəblərdən uzun müddət otaq şəraitində yaşamaq, təmiz havaya çıxmamaq insanları halsız, həvəssiz və  xəstə edə bilər.  Bu, əsasən də azyaşlı uşaqların həyat tərzinə  daha pis təsir edir. Belə uşaqlar tez-tez səbəbsiz olaraq xəstələnirlərr. Xüsusilə də qış aylarında insanlar günün böyük hissəsini  həyət-bacadan təcrid olunmuş vəziyyətdə yaşayırlar. Əsasən də, qarın bol yağdığı uzaq dağ kəndlərində. Şəhər mühitində yaşayanlar da isə il boyu kondisionerdən istifadə otağın havasını korlayır.

Ev bitkiləri dekorasiyaya gözəllik bəxş etməklə yanaşı, həm də insanın sağlamlığına yaxşı təsir  göstərir. Lakin ev şəraitində saxlamaq üçün bitki seçərkən onun havanı təmizləmək xüsusiyyətinin dərəcəsinə də diqqət yetirmək  vacibdir.  Belə bitkilərdən ən çox tələbatın artdığı  aloe-veradır.  Aloe-vera havanı təmizləyən 3 bitkidən biridir.  Bu bitki  uzun illərdir ki,  xalq təbabətində müxtəlif məqsədlər üçün istifadə edilib. Aloe-vera  havanı təmizləyir. Ona görə də otağın daxili həcmini nəzərə alıb dibçəklərin sayını artıra bilərsiniz.  Bu bitki o qədər də qulluq tələb edən deyil.  Çünki quraqlıq bitkisi olduğundan suyu sevmir. Onu  həftədə bir dəfə sulamaq kifayətdir.

İkinci belə bitki isə sarmaşıqdır.  Sarmaşığı, adətən, divarların  və hasarların üzərində görməyə alışmışıq. Ancaq bu bitkini qapalı məkanlarda da saxlamaq mümkündür.  Həmişəyaşıl xüsusiyyətli  sarmaşıq otağınızın havasını təmizləyərək, ağciyərlərinizin daha sağlam olmasını təmin edəcək. Xüsusilə də, ofisdə sarmaşıq saxlamaq çox faydalıdır. Çünki onun təmin etdiyi təmiz hava bədənin daha çox oksigen qəbul etməsinə, həmçinin, beyinə daha çox oksigen çatdırılmasına səbəb olacaq.

Qapalı otaq şəraitində  havanı daha çox təmizləyən üçüncü bitki isə kala  hesab edilir. Bu bitki işıq və su tələb etmir. NASA tərəfindən aparılan araşdırmalar təsdiqləyib ki, kala  mühitdəki formaldehit və ammonyak elementlərini tamamilə  təmizləyir. Odur ki, otaqlarınızda dibçəklərinizin sırasına daha üçünü də əlavə edin.


06:45 23.01.2017
Xəbər lenti
Bütün xəbərlər