“Referendum keçirildiyi vaxta qədər terror təşkilatları Türkiyəyə dəhşətli hücumlar edəcək”.
Bu barədə CHP-nin İstanbul millət vəkili Aykut Ərdoğan “Twitter” hesabında yazıb.
Onun iddiasına görə, referendum kampaniyasına qarşı Türkiyəni Suriya, yaxud İraq kimi vətəndaş müharibəsinin içinə salacaqlar: “Ölkədə sui-qəsdlər olacaq, məzhəb qarşıdurması başlanacaq. Küçəyə çıxmağa qorxacağıq, istəyəcəklər ki, heç nə edə bilməyək. Lakin qorxmamalıyıq, biz qazanacağıq, Türkiyə qazanacaq”.
Qeyd edək ki, Türkiyədə referendumun aprelin 23-də keçiriləcəyi gözlənilir. Referendumda ölkənin prezident üsul-idarəsinə keçidi məsələsi səsverməyə çıxarılacaq.