Cəlilabad rayonu, Hacıməmmədli kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan kürsülü, birmərtəbəli, 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 100 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.