KANAL24.AZ
Az Iw En Ru

Azərbaycandan Trampa özəl hədiyyə Ağ Evə göndərildi - VİDEO

Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampa Bakıdan qeyri-adi təbrik.

Xalça ustası Dağlar Səfərov Amerika prezidentini üzərində onun təsviri olan Azərbaycan xalçası ilə təbrik edib. Dağlar Səfərov deyir ki, o hələ son seçkilərdən qabaq Trampın prezident seçiləcəyini hiss etmişdi. Buna görə də hələ o vaxtdan bu qeyri-adi xalçanın toxunmasına başlayıb. Qeyri-adi sənət əsəri məhz bu sexdə hazırlanıb.

Dağlar Səfərov fikrincə xalçanın Birləşmiş Ştatların yeni prezidentinə göndərilməsi yeni dönəmdə Azərbaycana uğur gətirə bilər.

Sənətkar Donald Trampın tez-tez Azərbaycan xalçasına baxaraq Odlar Yurdunu xatırlaması üçün sənət əsərinin üzərində xüsusi işarələr də qoyub.

Dağlar Səfərov indiyədək bir çox prezidentlərin şəklini xalça üzərində təsvir edib..Bəzən həmin dövlət başçılarının xüsusi dəvəti ilə onlarla görüşdüyünü bildirən sənətkar bu ənənəni indidən sonra da davam etdirmək niyyətində olduğunu deyir.

 

 

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycandan Trampa özəl hədiyyə Ağ Evə göndərildi


05:34 23.01.2017