KANAL24.AZ
Az Iw En Ru

Ronaldodan azyaşlı Heydər Mustafaya növbəti dəstək

Livanlı Heydər Mustafa 2015-ci ilin dekabrında baş vermiş terror aktı nəticəsində hər iki valideynini itirmişdi. "Real Madrid" azarkeşi olan uşaqla portuqaliyalı ulduz Kriştianu Ronaldo görüşmüş və ona maddi yardım da göstərmişdi.

Goal.az "the Sun" nəşrinə istinadən xəbər verir ki, Ronaldo balaca Heydər Mustafanın Britaniyada dayısı Məhəmmədin yanında yaşamasına da dəstək verməyə hazırdır.

"Sənin yaxşı olduğuna görə sevinirəm. Harda yaşamağından asılı olmayaraq sənə gözəl gələcək arzu edirəm. Arzularına doğru get və onları reallaşdırmaq üçün çalış" - Ronaldo deyib.


05:05 23.01.2017
Xəbər lenti
Bütün xəbərlər