Liviyanın paytaxtı Tripoli şəhərində İtaliya və Misir səfirliklərinin yanında avtomobil partladılıb.
İnsident nəticəsində iki nəfər ölüb. Partlayışın diplomatik missiyaya qarşı hücum olub-olmadığı aydınlaşdırılır.
Avtomobildən iki şəxsin meyiti çıxarılıb. Hadisə yerində araşdırma aparılır.