KANAL24.AZ
Az Iw En Ru

Diş ağrısını kəsən ən təsirli təbii üsullar

Diş ağrısı müxtəlif səbəblərdən baş verə bilər. Səbəbindən asılı olmayaraq, həkimə müraciət edənə kimi ağrının qarşını təbii üsullarla ala bilərsiniz. Necə?

Mixək və ya mixək yağı: Mixək yağını ağrıyan dişin ətrafına çəkin. Mixəyi dişlərin arasına qoyub sıxmaq da faydalıdır.

Sarımsaq: Ağrıyan dişin üzərinə qoyun. Sarımsaq bakteriyaları məhv edərək diş ağrısını azaldacaq.

Sarıkök: Bu ədviyyatı su ilə qarışdırıb məcun halına salın. Ağrıyan dişin üzərinə çəkin.

Çörəkotu: Dişlərin arasına qoyaraq sıxın. Qısa zamanda ağrını aradan qaldıracaq.

İstiot: Qara istiot da diş ağrısını kəsən təbii vasitələrdən biridir. Dişin üzərinə səpib gözləyin.

Qeyd edək ki, bu vasitələrdən istifadə etməzdən öncə dişlərinizi fırçalayıb ağzınızı qarqara etməlisiniz.


07:29 22.01.2017
Xəbər lenti
Bütün xəbərlər