KANAL24.AZ
Az Iw En Ru

“ABŞ-la əməkdaşlıq zəruridir” - Mövlud Çavuşoğlu

“Suriyada davamlı atəşkəs və siyasi nizamlanmanın təmin edilməsi üçün ABŞ-la əməkdaşlıq zəruridir. Biz Vaşinqtona müraciət edərək Astanaya nümayəndə heyəti göndərməyi xahiş etdik”

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Çavuşoğlu Vaşinqtonun Ankaranın Suriyada İŞİD-lə mübarizədə atdığı addımlarına kifayət qədər dəstək vermədiyini qeyd edib: “Amerikalılar Türkiyənin dəstəklədiyi Suriya silahlı müxalifət qüvvələrinin Türkiyə sərhədindən 20 kilometrdən çox məsafəyə irəliləyəcəyi təqdirdə “Ərəfat Qalxanı” əməliyyatına dəstək verməyəcəklərini  bəyan ediblər.  ABŞ hava qüvvələrinin Türkiyə ordusunun Əl-Bab ətrafında keçirdiyi əməliyyata dəstəyi simvolik xarakter daşıyır. Terrorçularla mübarizədə biz daha geniş  əməkdaşlığa hazırıq. Bu barədə ABŞ administrasiyasının nümayəndələrini məlumatlandırdıq”.

Qeyd edək ki, Suriya nizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq.

Rəsmi Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.


07:12 22.01.2017