KANAL24.AZ
Az Iw En Ru

Madriddə erməni təxribatına etiraz

İspaniyada yaşayan həmyerlilərimiz Madriddə keçirilən “Fitur-2017” beynəlxalq turizm sərgisində Ermənistan tərəfindən Dağlıq Qarabağdakı separatçı rejimi təbliğ edən xüsusi stendin nümayiş olunması ilə bağlı etiraz aksiyası keçiriblər. 

Qeyd edək ki,Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də  sərgi təşkilatçılarına etiraz məktubu göndərmişdi: “Ümumdünya Turizm Təşkilatının tanınmamış ərazilərin təbliğ edilməməsi ilə bağlı müvafiq qərarı var. Mütəmadi olaraq Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həm beynəlxalq təşkilatlara, həm tədbirlərin təşkilatçılarına bu halların qarşısının alınması üçün əvvəlcədən müvafiq müraciətlər ünvanlanır. Bu faktla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatında keçirdiyi rəsmi görüşlər zamanı öz narahatlığını ifadə edib”.

 

Qeyd edək ki, sərgi yanvarın 18-də işinə başlayıb və yanvarın 22-də yekunlaşacaq.


05:55 22.01.2017
Xəbər lenti
Bütün xəbərlər