KANAL24.AZ
Az Iw En Ru

Türkiyədə tapılan nəhəng ilan – Görün nəyə xeyirli imiş...

Keçən həftə Türkiyənin Manisa bölgəsində görünən və uzunluğu ilə insanları heyrətləndirən ilanın təhlükəli olmadığı açıqlanıb. 
 
Türk mediası bildirir ki, yerli təbiət qoruyucuları cəmiyyəti nəhəng heyvanın “sarı ilan” olduğunu açıqlayıb. 
 
Açıqlamada qeyd olunur ki, insanlar üçün təhlükəli olmayan bu ilan əslində bitkiçilik üçün yararlıdır: “Manisada keçən həftə görünən və təəccübə səbəb olan “sarı ilan” bitkiçiliyə, tarlaya xeyirlidir. Belə ki, sarı ilan əsasən quş və quş balaları ilə bəslənir. Eyni zamanda, tarlalarda olan, toprağı əkinçiliyə yararsız hala gətirən gəmiricilərin də düşmənidir. Bu baxımdan onu xeyirli ilan saymaq olar”.
 
 
 

06:59 21.01.2017
Xəbər lenti
Bütün xəbərlər