KANAL24.AZ
Az Iw En Ru

"Qara qızıl"ın "oynayan" qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 19-da 54,79 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,85 dollar/barel azdır. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 19-da 53,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,79 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 19-da 51,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,81 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 19-da 53,31 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,89 dollar/barel azdır
20:53 20.01.2017
Xəbər lenti
Bütün xəbərlər