KANAL24.AZ
Az Iw En Ru

Doğduğu körpəni zibil qabına atdı - İfadəsi qan dondurdu

Türkiyənin Əskişəhər şəhərində cinsi əlaqəyə olduğu sevgilisi O.Ş.-dən hamilə qalan və bunu ailəsindən gizlədən 19 yaşlı K.Ç., qarın ağrısı şikayətiylə getdiyi özəl xəstəxananın tualetində doğuş edib.

Dünyaya gətirdiyi körpəni tualetdəki zibil qabına atan K.Ç. həbssiz mühakimə olunduğu məhkəmədə verdiyi ifadədə "Həyəcandan özümü itirmişdim" deyib.

Kilolu olduğu üçün hamiləliyini ailəsindən gizlədən K.Ç. təxminən 3 ay əvvəl bu cinayəti törədib.

Xəstəxana işçiləri K.Ç.-ni tualetdə qan içində və yarı huşsuz halda yerdə uzalı tapıblar. Təmizlik işçiləri ağlamaq səsi eşidəndə zibil qutusundakı körpəni də görüblər.

Sağlamlıq vəziyyətinin yaxşı olduğu təyin olunan körpə Ailə və Sosial Siyasətlər İl Müdirliyinin tərkibində olan "0-6 Yaş Qrupu Uşaq Evi"nə verilib.

Ana K.Ç. haqqında dünyaya gətirdiyi körpəsini zibil qutusuna ataraq ölümə məhkum etdiyi üçün 15 ilə qədər həbs istəyiylə Əskişəhər 3-cü Ağır Cəza Məhkəməsində iddia qaldırılıb. Məhkəmənin ilk iclası dünən keçirilib. Həbssiz mühakimə olunan K.Ç. hamilə qaldığını ailəsindən və ətrafından gizlətdiyini, kilolu olması səbəbiylə heç kimin ondan şübhələnmədiyini deyib. Hamilə qaldığı sevgilisi O.Ş.-nin də bundan xəbərsiz olduğunu söyləyən K.Ç. ifadəsi zamanı "O.Ş ilə bir müddət yaxınlığımız oldu. Hamilə qaldığımı sonradan öyrəndim. Heç kim hamilə olduğumu bilmirdi. Anam ilə birlikdə qarın ağrısı şikayəti səbəbiylə özəl bir xəstəxanaya getdik. Yanından ayrılıb tualetə girdim. Sancılarım artmışdı. İçəridə doğum etdim. Çox qorxmuşdum və həyəcandan titrəyirdim. Körpəni zibil qutusuna atdım. Daha sonra içəri girənlər məni yerdə qan içində tapıblar. Qorxudan nə etdiyimi bilmirdim" deyib.

Məhkəmə boyu gözyaşı tökən K.Ç. körpəsini öldürmək məqsədinin olmadığını söyləyib. Məhkəmə prosesi təxirə salınıb


01:24 20.01.2017
Xəbər lenti
Bütün xəbərlər