KANAL24.AZ
Az Iw En Ru

“Qanlı Yanvar” filminin pulsuz nümayişi olacaq

“CinemaPlus” kinoteatrlar şəbəkəsi 20 yanvar tarixində “Qanlı Yanvar” filmini pulsuz nümayiş edəcək. Filmin rejissoru Vahid Mustafayev, baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.

Film 1990-cı ilin 20 Yanvar faciəsi haqqında bəhs edir. İki qardaş -kommunist Nəcəf ilə inqilabçı Mehdinin hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası Xədicədir.

Əlavə olaraq, 20 yanvar tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsi komediya filmlərini repertuarından çıxardacaq.


01:19 20.01.2017
Xəbər lenti
Bütün xəbərlər