KANAL24.AZ
Az Iw En Ru

Milli Məclisdə GƏRGİN MÜZAKİRƏLƏR - jurnalistlər zaldan çıxarıldı

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gərgin anlar yaşanıb. Komitə sədri Ziyad Səmədzadənin iştirakı ilə keçirilən iclasda çıxış edən deputatlar AZAL-ın qiymət siyasəti, bank kreditləri və digər bu kimi problemli məsələləri müzakirə ediblər. Deputat Vahid Əhmədov Azərbaycanın üzləşdiyi iqtisadi vəziyyətdən çıxışı və normal biznes mühitinin yaradılması məqsədi ilə komitənin yaz sessiyasına "Rəqabət Məcəlləsi"nin salınmasını təklif edib. Ancaq deputatın bu təklifi "Rəqabət Məcəlləsi" ilə bağlı məsələnin ciddi və gərgin müzakirəsinə səbəb olub. Hətta, vəziyyət o həddə çatıb ki, jurnalistlər iclas salonundan çıxarılıblar.
21:44 19.01.2017