KANAL24.AZ
Az Iw En Ru

Deputatlardan AZAL-a SƏRT ETİRAZ

Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il yaz sesiyası ilə bağlı Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkilləri Vahid Əhmədov və İlham Əliyev “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinin qiymət siyasətini sərt şəkildə tənqid edib. Onlar mütəmadi olaraq AZAL-ın fəaliyyətindən şikayətlər edildiyini bildiriblər. Deputat V.Əhmədov deyib ki, AZAL aviabilet bazarını manapoliyada saxlayır: “Bir çox insanlar, o cümlədən mən AZAL-ın fəaliyyətindən ciddi narazıyıq”. Deputat İlham Əliyev də AZAL-ın fəaliyyətindən narazı qaldığını söyləyib: “Bu yaxınlarda tanışlarımdan biri xaricə gedirdi, AZAL-dan “econom-klass” biletini 660 manata almışdı. Özü ilə iki ədəd çamadan da aparırdı. Ancaq hava limanında onun çamadanının birini aldılar, digərinə isə 50 dollar əlavə pul istədilər. Axı bütün bunlar nə deməkdir? Belə də özbaşınalıq olar? Bunlar hamısı inhisarçılıqdan irəli gəlir. Bunlara son qoyulmalıdır”.
20:51 19.01.2017
Xəbər lenti
Bütün xəbərlər