KANAL24.AZ
Az Iw En Ru

"WhatsApp"da FIRILDAQ

Fırıldaqçılar "WhatsApp" messencerində yeni fırıldaq növlərindən istifadə etməyə başlayıblar.

Artıq onlar ziyanverici proqramı yükləyərək və onu 13 dosta göndərməklə pulsuz internet təklif edirlər.

Fırıldaqçılar messencerin tərtibatçılara guya rəsmən "WhatsApp" tərəfindən yayılmış məhsulu təqdim edirlər. İstifadəçilərə göndərilən məlumatda isə ziyanverici məhsula keçid mövcuddur. Onun cihaza yüklənməsi zamanı virus düşür və bu virus bütün şəxsi məlumatları ələ keçirir. İstifadəçiyə isə pulsuz internet veriləcəyi söz verilir ki, guya bu interneti də yeni "inqlilabi" proqramda əldə etmək mümkündür.

"Tech Times" nəşri materialı messencerin tərtibatçılarına istinadən dərc edib. Mətndə deyilir ki, fırıldaqçılar kənar resursdan istifadə ediblər ki, bu da dizaynına görə "WhatsApp"ın rəsmi saytını xatırladır. Tərtibatçılar əsas diqqəti ona cəlb edir ki, onlar heç bir "inqilabi" proqramı sınaqdan keçirmirlər.


15:53 19.01.2017