KANAL24.AZ
Az Iw En Ru

Messi-"Yenilmək hissi dözülməzdir."

"Barcelona"nın aparıcı futbolçusu Lionel Messi İngiltərə mətbuatının suallarını cavablandırıb.

Goal.az həmin müsahibəni təqdim edir:

 - Hansı oyunçu sənin üçün nümunə olub?

- Maradonaya heyran idim. Onun oyunu məni ruhlandırırdı. Bir zamanlar Pablo Aymarı da izləməkdən həzz alırdım.

- Barselonaya gələndə sənə ilk olaraq kim kömək etdi?

- Argentinanı tərk etmək çətin idi. "La Masia"da Sesk Fabreqasla dostlaşdıq və bu dostluq indi də davam edir.

- Üzərində ən böyük təsiri olan məşqçi kimdir?

- Rəhbərliyi altında oynadığım bütün məşqçilərdən faydalı şeylər öyrənmişəm. Amma həmişə sənə birinci şansı verən şəxsə diqqət yönəlir. Bu, Frank Raykard idi. O, əsas komanda ilə məşqlərə cəlb etməklə mənə inandığını göstərdi. Daha sonra debüt matçıma çıxdım. Hər şeyi başladan Raykard oldu.

- Öhdəsindən gəldiyin ən böyük sınaq hansıdır?

- Uşaq olanda boy artımı zəif getdiyindən hormon terapiyasına ehtiyacım vardı. "Barcelona" müalicə xərclərini üzərinə götürdü. Düzdür, köçməyimizə səbəb bu olmadı. 13 yaşımda İspaniyaya gəlmişdim. Bu, hər birimiz üçün ən düzgün qərar idi. Amma azyaşlı oğlanın onu nə gözlədiyini bilmədən vətənini tərk etməsi, həqiqətən, ciddi sınaq idi.

- Motivasiyanı nədən alırsan?

- Klub və milli komandada ilə mükafatlar qazanmaq. Geri dönüb uğurlarıma heç vaxt baxmıram. Bunu karyeramı başa vurandan sonra edə bilərəm. İndi əsas məqsədim daha çox uğur qazanmaqdır.

- Suarez və Neymarla yaxşı anlaşmağının səbəbi nədir?

- Əvvəla, məşqlərdə çox çalışırıq ki, oyunlarda etdiklərimizi edək. Futboldan kənarda bir-birimizlə şəxsi əlaqələrimiz yaxşıdır, dostluq edirik. Bunun da təsiri böyükdür.

- Premyer Liqada oynamaq imkanını nəzərdən keçirərdin?

- Həmişə demişəm ki, "Barcelona" mənə hər şey verib. Klub istədiyi müddətdə burda qalacam.

- Bu mövsüm Premyer Liqanın qalibi kim olacaq?

- Rəqabətin yüksək olduğu çempionatdır. Proqnoz vermək çətindir. Əlbəttə, Pep güclü mütəxəsisdir. O, çempionata uyğunlaşacaq.

- Rəqib kimi qarşılaşdığın ən güclü britaniyalı futbolçu kimdir?

- Bir sıra Britaniya klubları ilə oynamışıq. Ueyn Runiyə hörmətim böyükdür. O, uzun illər yüksək səviyyədə futbol göstərir və dövrünün xüsusi futbolçularından biridir.

- Argentina millisinə qayıtmağa səni nə inandırdı?

- Amerika Kubokunun finalındakı məyusluqdan sonra düşünmək və insanlarla danışmaq üçün vaxtım oldu. Hiss etdim ki, qərarımı dəyişmək məqsədəuyğundur. Millidə titul qazanmaq ambisiyam qalmaqdadır.

- Ən sevimli qolun hansıdır?

- 2009-cu il Çempionlar Liqasının finalında vurduğum qolu seçirəm. Gözəlliyinə görə yox, əhəmiyyətinə görə. Biz hesabda 1-0 öndə idik, bu qol matçın taleyini həll etdi.

- Hansı əhəmiyyətlidir: baxımlı indvidual qol, yoxsa finalda həlledici qol?

- Əlbəttə, həlledici qol. hər hansı turnirin qalibi olmursansa, qolun baxımlı olması əhəmiyyət kəsb etmir.

- Ronaldo səninlə arasında qarşılıqlı hörmət olduğunu demişdi. Onu futbolçu kimi necə dəyərləndirirsən?

- Aramızda qarşılıqlı hörmət var. Ronaldonu öz sözünü demiş böyük futbolçu kimi görürəm. Mənim motivasiyam rəqabət deyil, "Barcelona" və Argentinada yaxşı oynamaqdır. Bir də azarkeşlər.

- Futbolun sənə öyrətdiyi ən vacib dərs hansıdır?

- Uduzmağa nifrət edirəm. Məğlubiyyət uzun müddət məndə təsir qoyur. Yenilmək hissi dözülməzdir


08:09 19.01.2017
Xəbər lenti
Bütün xəbərlər