KANAL24.AZ
Az Iw En Ru

Türkiyə və Rusiya Suriyada İŞİD-ə qarşı ilk dəfə birgə əməliyyat keçirir

 Rusiyanın Hərbi-Kosmik Qüvvələri ilə Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın Hələb vilayətinin əl-Bab şəhəri ətrafında İŞİD terror təşkilatına qarşı ilk dəfə birgə hava əməliyyatı keçirir.

“TASS” agentliyinin verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy bildirib.

“Suriya hökuməti  ilə əldə olunan razılaşma əsasında həyata keçirilən  əməliyyatda Rusiyaya aid 9 bombardmançı – 4 Su-24,  5 Su-25 və 1 Su-34 təyyarəsi, Türkiyə tərəfindən isə 4 F-16 və 4 F-4 qırıcısı iştirak edirlər. Əl-Babdakı əməliyyatda İŞİD terror təşkilatına aid 36 hədəfə zərbələr endirilib”, - deyə Rudskoy qeyd edib. 


07:52 19.01.2017