KANAL24.AZ
Az Iw En Ru

Qeida Fofana karyerasını başa vurub

"Lyon"un 25 yaşlı yarımmüdafiəçisi Qeida Fofana karyerasını başa vurub. Futbolçu bunu topuğun xroniki zədəsi ilə əlaqələndirib. O, klubun heyətində son matçını 23 may 2015-ci ildə "Rennes"ə keçirmişdi. Bundan sonra uzun müddət reablitasiya keçən gənc futbolçu "Lyon"un rəsmi saytına bunları deyib: "Mümkün olan hər şeyi etdim. Təəssüf ki, topuğumun durumu futbol oynamağa imkan vermir. Klub prezidenti ilə görüşdüm. O, mənə burda qalmağı təklif etdi. Futboldan kənar başqa təkliflərim də var. Fəaliyyətimi "Lyon"da davam etdirmək variantını da nəzərdən keçirəcəm. Son qərarım özünü çox gözlətməyəcək".
06:56 19.01.2017
Xəbər lenti
Bütün xəbərlər