KANAL24.AZ
Az Iw En Ru

2 otaqlı evdə YANĞIN -FOTO

İsmayıllıda yanğın olub. Yanğın rayonun İvanovka kənd sakini, 1978-cı il təvəllüdlü Həsənov Emin Həsən oğluna məxsus yaşayış evində baş verib. Ümumi sahəsi 130 m² olan birmərtəbəli kürsülü 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 106 m² sahədə yanıb. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və 11 nəfər əməkdaşı cəlb olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın səhər saat 8:00-da söndürülüb. Evdə yaşayış olmadığından xəsarət alan da olmayıb. Yanğın barədə qonşular xəbər verib. Hələlik yanğının səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.(arb)
00:29 19.01.2017