KANAL24.AZ
Az Iw En Ru

"Barak Obama" balığı,"Bred Pitt" arısı,indi də "Donald Tramp" kəpənəyi kəşf olundu

Kanadalı entomoloq Vazrik Nazari kəşf etdiyi yeni növ kəpənəyi Donald Trampın şərəfinə adlandırıb.

"ZooKeys" jurnalında dərc olunan məqalədə qeyd olunur ki, alimin bu qərara gəlməsinə səbəb kəpənəyin rəng və "saç düzümü"ndən D.Trampa oxşamasıdır.

Bu kəpənək Cənubi Karolinada, Santa-Katalina adasında yaşayır.

Qeyd edək ki, bundan əvvəl yeni növ tropik balığına "Barak Obama", eləcə də yeni növ parazit arılara "Bred Pitt" adı verilmişdi.


20:07 18.01.2017