KANAL24.AZ
Az Iw En Ru

Titanda su tapıldı:Yeni kəşf

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Saturnun təbii peyki Titana "Huygens" stansiyasının enişinin videosunu yayıb.

ABC bildirir ki, zondu planetə "Cassini" aparatı çatdırıb.

NASA videonu hazırlayarkən aparatın missiya zamanı çəkdiyi fotolardan istifadə edib.

"Cassini" aparatı "Huygens" zondunu Titanın səthinə yanvarın 14-də endirib.

Dəyəri 3 milyard dollar olan "Cassini-Huygens" stansiyası 1997-ci ildə kosmosa buraxılmışdı. Məqsəd Saturn ilə bu planetin təbii peyki Titanın tədqiqatı idi.

"Cassini" italyan astronom Jan Domeniko Kassinin şərəfinə belə adlandırılıb. Kassini ehtimal etmişdi ki, Saturnun həlqələri müxtəlif ölçülü hissələrdən ibarətdir.

İndiyədək kosmosa çıxarılmış ən böyük və ən bahalı stansiyalardan biri "Cassini-Huygens" müxtəlif atmosfer şəraitində, fərqli rəng spektrlərində dəqiq ölçmələr aparmağa və yüksək keyfiyyətli görüntülər əldə etməyə imkan verən avadanlıqla təchiz olunub.

Stansiya NASA-nın istehsalı olan "Cassini" və "European Space Agency"yə (ESA) məxsus "Huygens"dən ibarətdir.

"Cassini" missiyası NASA, ESA və İtaliyanın Kosmik Agentliyinin birgə layihəsidir.

Məhz bu layihə sayəsində Titanın dərinliklərində su aşkarlanıb.


19:20 18.01.2017
Xəbər lenti
Bütün xəbərlər