KANAL24.AZ
Az Iw En Ru

"Qiyam günü "Azərbaycan Türkiyənin yanında idi

Ankara meri Melih Gökçek Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovla görüşüb.
 
Mer görüş zamanı Azərbaycana təşəkkür edib. O, Türkiyədəki 15 iyul çevriliş cəhdini xatırlayaraq, ölkəmizin dəstəyini xüsusi vurğulayıb. M.Gökçek “Biz xüsusilə, Azərbaycanın Türkiyəyə dəstəyindən həddindən artıq məmnunuq. Allah razı olsun! Azərbaycan 15 iyul dövlət çevrilişi cəhdi zamanı bizə dəstək olan bir neçə ölkədən biridir. Bilirsiniz, Qərb son dərəcə laqeyid davrandı. Amma dostlar o günlərdə tanındı. Azərbaycanın mövqeyi son dərəcə əhəmiyyətlidir”,-deyə bildirib.
 
Səfir Faiq Bağırov da öz növbəsində bu dostluğun xüsusiliyini vurğulayıb və bu münasibətin davam edəcəyini bildirib

18:59 18.01.2017
Xəbər lenti
Bütün xəbərlər