KANAL24.AZ
Az Iw En Ru

Qəribə hadisə:meyit morqdan yoxa çıxdı

Rusiyanın İstintaq Komissiyası Krasnoyarskda yaşlı qadının morqdan meyitinin itməsini araşdırır. 

Bu barədə RİA Novosti region üzrə nümayəndə Olqa Şamanskanın sözlərinə istinadən məlumat yayıb. 

İlkin versiyaya görə, 2016-cı il dekabrın 6-da morqa 88 yaşlı qadının meyiti gətirilib. Ertəsi gün müvafiq ekspertizalardan sonra meyit soyuducu kameraya aparılıb.

Dekabrın 12-də morqa qadının qohumu müraciət edib, amma qadının meyitini qohumuna təhvil vermək mümkün olmayıb, belə ki, meyit yerində olmayıb. 

“Hazırda törədilən cinayətin təfərrüatları aydınlaşdırılır. Morq əməkdaşları dindirilir. Digər versiyalar ilə yanaşı, meyitin təsadüfən basdırılması və ya bilərəkdən oğurlanması versiyaları da nəzərdən keçirilir”, - Şamanskaya deyib. 


18:38 18.01.2017