KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan səfiri etimadnaməsini BMT-nin Dünya Turizm Təşkilatının baş katibinə təqdim edib

 Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov, eyni zamanda BMT-nin Dünya Turizm Təşkilatı (DTT) yanında daimi nümayəndə təyin edilməsi ilə bağlı etimadnaməsini, “2017-ci il - İnkişaf naminə beynəlxalq davamlı turizm ili”nin rəsmi açılışında iştirak etmək məqsədilə Madriddə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə, sözügedən təşkilatın baş katibi Taleb Rifaiyə təqdim edib.

 AZƏRTAC  xəbər verir ki, T.Rifai A.Məhərrəmovu bir daha təbrik edərək, bu təyinatın Azərbaycan ilə DTT arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.

Daha sonda Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 


17:52 18.01.2017
Xəbər lenti
Bütün xəbərlər