KANAL24.AZ
Az Iw En Ru

Qafqaz Universiteti ləğv olundu - YENİLƏNİB

"Qafqaz" Universitetinin ləğv olunması ilə bağlı "Vergilər" qəzetində dərc olunan məlumata universitetin rektoru Havar Məmmədov aydınlıq gətirib.

Rektor  azvision.az açıqlamasında bildirib ki, təsisçi Azərbaycan Beynəlxalq Təhsil Kompleksi tərəfindən universitetin fəaliyyəti 9 yanvar tarixindən dayandırılıb.

"Hazırda universitetdə əvəzetmə komissiyası işləyir. Universitetin adı dəyişdirilməyəcək. Hər halda dövlət universiteti olacaq. Təhsil Nazirliyi tabeliyində olan universitetlərə necə nəzarət edirsə, bu da elə olacaq. Yaxın vaxtlarda dövlət tərəfindən universitetin fəaliyyət sferası ilə bağlı qərar qəbul ediləcək". 

Rektor universitetin yerində qalacağını, tədris prosesinin davam edəcəyini qeyd edib. "Burada müəllimlər işləyir, tələbələr oxuyurlar. Təhsil proses olduğu kimi davam edir".


17:39 18.01.2017