KANAL24.AZ
Az Iw En Ru

Tarixdə bu gün

1778-ci il. İngilis dəniz səyyahı Ceyms Kuk Havay adalarını kəşf edən ilk avropalı olub. Həmin vaxt C.Kuk Havay adalarını “Səndviç adaları” adlandırmışdı.

1871-ci il. Prussiya krallığının Fransa imperiyası üzərində qələbəsindən sonra Versal sarayında birləşmiş alman dövlətlərinin əsasında Almaniya imperiyası yaradılıb. İmperiya Almaniyanın Birinci Dünya müharibəsində məğlubiyyətinə qədər yaşadı.

1886-cı il. İngiltərədə Xokkey Assosiasiyasının yaradılması ilə müasir xokkeyin əsası qoyulub.

1896-cı il. Rentgen cihazı ilk dəfə Nyu-Yorkda nümayiş etdirilib. Həmin dövrdə şüanın xarakteristikası fizikaya bəlli olmadığına görə ona “X şüası” adı verilmişdi.

1903-cü il. ABŞ Prezidenti Teodor Ruzveltin Britaniya Kralı VII Eduarda göndərdiyi radio mesajı Atlantik okeanı üzərindən ötürülən ilk rabitə əlaqəsi olub. Bu ixtiranın – radionun müəllifi olan italiyalı elektrik mühəndisi Qulyelmo Markoni 1909-cu ildə simsiz teleqrafiya sahəsindəki xidmətlərinə görə fizika üzrə Nobel mükafatına layiq görülüb.

1911-ci il. Tarixdə ilk dəfə olaraq, təyyarənin gəmi göyərtəsinə enişi həyata keçirilib. Pilot Yugen Elinin idarə etdiyi təyyarə ABŞ-a məxsus “Pensilvaniya” gəmisinin göyərtəsinə enib.

1919-cu il. Birinci Dünya müharibəsinin başa çatmasından sonra Versal sülh konfransı işə başlayıb. Konfransda dünya dövlətlərinin yeni sərhədləri müəyyən edilib.


16:40 18.01.2017