KANAL24.AZ
Az Iw En Ru

"Qalatasaray"dan darmadağın, təmsilçilərimiz üçün uğursuz gün

Türkiyə Kubokunun B, D, E, G və H qruplarında növbəti oyunlar keçirilib.

Millimizin üzvü Dəniz Ylmazın şərəfini qoruduğu "Bursaspor" G qrupunda evdə "Akhisar"a uduzub - 1:4.

Qarşılaşmada 90 dəqiqə şans qazanan Yılmaz komandasının yeganə qoluna imza atıb. Bu qrupda 5 oyundan sonra "Akhisar" 8 xalla 1-ci, "Bursaspor" isə 5 xalla 3-cü pillədə qərarlaşıb.
 
B qrupunda "İnəgölspor" evdə "Rizəspor"la qolsuz bərabərə qalıb. 13 xalla 1-ci pillədə qərarlaşmış "Rizəspor" artıq növbəti mərhələyə vəsiqəni təmin edib. Qrupda ilk xalını qazanan "İnəgölspor" isə sonuncu pillədə qərarlaşıb. Aşağı liqa təmsilçisinin növbəti mərhələyə adlamaq şansı qalmayıb.
 
E qrupunda 2 oyun keçirilib. "Qalatasaray" səfərdə "Elazığspor"u darmadağın edib - 4:1. Oyunda "cim-bom"un qollarına son vaxtlar Çin və ya Yaponiya klublarına yollanacağı deyilən Lukas Podolski (2), Ərən Dərdiyok və Murat Kalkan (öz qapısına) imza atıblar. Qrupun digər oyununda isə "Tuzlaspor" "Ərzincan Refahiyespor"u minimal hesabla məğlub edib.
 
Bu oyunlardan sonra xallarının sayını 12-yə çatdıran "Tuzlaspor" növbəti mərhələyə vəsiqəni təmin edib. "Qalatasaray" 8 xalla 2-ci, "Ərzincan Refahiyespor" 7 xalla 3-cü, "Elazığspor" isə 1 xalla sonuncu pillədə qərarlaşıb.
 
D qrupunda "Boluspor" "Kayserispor"la qolsuz bərabərə qalıb. Kayseri klubunun şərəfini qoruyan millimizin sabiq üzvü Ufuk Budak 90 dəqiqə oynayıb. Bu qrupda 5 oyundan sonra "Kayserispor" 7 xalla 2-ci, "Boluspor" isə 5 xalla 3-cü pillədə qərarlaşıb.
 
H qrupunda "Konyaspor" evdə "Kızılcabölükspor"u minimla hesabla məğlub edib. 5 turdan sonra xallarının sayını 11-ə çatdıran Konya təmsilçisi 1-ci pillədə yer alıb. "Kızılcabölükspor" isə 1 xalla sonuncudur.


16:12 18.01.2017
Xəbər lenti
Bütün xəbərlər