KANAL24.AZ
Az Iw En Ru

“Yemək alacaq qədər pulum varsa, Çinə niyə gedim ki?”

Çexiyalı baş məşqçi Zdnek Zeman maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib.

"Roma"nın keçmiş çalışdırıcısı Çində çalışmayacağını deyib.
 
"Mənə bir neçə dəfə Çindən təklif olub. Ancaq qəbul etməmişəm. Karyeramı davam etdirmək üçün o qədər uzağa getməyə gərək yoxdu. Yemək alacaq qədər pulum varsa, Çinə niyə gedim ki?" - deyə Zeman bildirib.
 
Təcrübəli mütəxəssis gələcəkdə çalışmaq istədiyi klub haqqında da danışıb: "Elə bir yerdə işləmək istəyirəm ki, orda prezident baş məşqçinin işinə qarışmasın. Düzdü, indiki zamanda belə klub tapmaq çox çətindi".


07:17 18.01.2017